TOGG-un yeni modeli üzrə sınaqlar başa çatıb | VİDEO

TOGG-un yeni modeli üzrə sınaqlar başa çatıb |    VİDEO
  22 Avqust 2025    Oxunub:913
Türkiyənin Avtomobil Müəssisələri Qrupu (TOGG) yeni "T10F" sedan modelinin müxtəlif iqlim və yol şəraitlərində sınaqlarını başa çatdırıb.
Bu barədə TOGG-un "X" hesabında məlumat verilib. Diqqətə çatdırılıb ki, yeni avtomobil modeli sınaqlardan uğurla keçib.

Yeni "Togg T10F" gələn ay əvvəlcədən sifarişlə satışa çıxarılacaq.

Məlumat üçün bildirək ki, TOGG 2018-ci ilin iyununda qurulub. Qrupun ilk avtomobilinin (Togg T10X) 2022-ci ilin 29 oktyabrında kütləvi istehsalına başlanıb. Model 2023-cü ildən martında satışa buraxılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   avtomobil   TOGG  



Xəbər lenti